Главная > Cəmiyyət > Uğurlu bir il

Uğurlu bir il


9-02-2021, 14:31. Разместил: azadses
Sonuncu parlament seçkilərindən düz bir il ötür. Keçən bir il ölkəmizin həyatında, həm də Milli Məclisin fəaliyyətində önəmli hadisələrlə zəngin olub. Azərbaycan tarixə qızıl hərflərlə yazılacaq möhtəşəm uğurlar əldə edib. 30 il ərzində işğal altında qalmış Qarabağ torpaqlarımızın düşməndən azad olunması, dünyanın meqa-layihələrindən biri olan Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi, onilliklər ərzində mübahisə predmeti olan “Dostluq” neft-qaz yatağının Türkmənistanla birgə istismarına dair anlaşma əldə olunması və bütün bunlarla yanaşı Kovid-19 pandemiyasına qarşı dövlət səviyyəsində səmərəli mübarizə aparılması keçən ilin ən yaddaqalan hadisələrindən olub daha miqyaslı gələcək uğurlarımız üçün etibarlı zəmin yaradıb.

Ötən bir il Milli Məclisin də tarixində sadə və sıradan bir il omayıb. 9 fevral seçkilərindən sonra prinsipcə yeni əsaslar üzərində formalaşan Milli Məclis də əhəmiyyətli dərəcədə islahatlara uğrayıb. Milli Məclisin daxili inizbati idarəetmə aparatı keyfiyyət etibarilə yeni konfiqurasiyada yenidən təşkil olunub. Seçkilərdən sonra yeni parlamentdə yer almış bütün siyasi partiyaların fəal iştirakı ilə formalaşmış parlament komitələri yeni şəraitdə - rəqabətli mühitdə daha səmərəli fəaliyyət göstərib. İl ərzində Milli Məclisin pandemiya şəraitində keçirilmiş iclaslarında ölkəmizin inkişafının ictimai-siyasi, sosial-iqtisadi və sair sahələrilə bağlı vətəndaşların həyat və fəaliyyətinə birbaşa aidiyyatı olan çoxsaylı məsələlər müzakirə olunub, ümumilikdə 86 Qərar və Qanun layihəsi müzakirə olunaraq qəbul olunub.

Pandemiya ilə bağlı bütün dünyada tətbiq olunmuş ölkələr arası hərəkət məhdudiyyətləri müəyyən çətinliklər yaratsa da, Milli Məclis beynəlxalq fəaliyyət sahəsində də öz işlərini yeni dövrün tələblərinə uzlaşdırıb. Deputatlar çoxsaylı beynəlxalq tədbirlərdə, toplantı və debatlarda, təqdimatlarda və s on-line rejimdə iştirak edərək milli maraqlarımızın müdafiəsinə öz töhfəsini verməyə çalışıblar.

Ekstremal şəraitdə fəaliyyət bütün qurumlarda, o cümlədən Milli Məclisdə də çevikliyin və səmərəliliyin artırılması üçün yeni bacarıq və vərdişlərin əldə olunması ilə nəticlənib. Ötən il kütləvi görüşlər təşkil etmək imkanı olmasa da seçicilərlə birbaşa əlaqələr də səngiməyib. İT texnologiyalarından istifadənin genişlənməsi nəticəsində deputat-seçici təmasları da yeni forma və məzmun əldə edib ki, bu da vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllində operativliyin artmasına səbəb olub.

Uğurlu fəaliyyətinin ikinci ilinə addım atan Milli Məclisin üzvlərinə - bütün həmkarlarıma dövlətçiliyimizn gücləndirilməsi və seçicilərimizin rifahı naminə göstərdikləri gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayıram.

Cavanşir Feyziyev
Вернуться назад