Главная > Cəmiyyət > Azərbaycanda benzin bahalaşıb - Keyfiyyəti isə...

Azərbaycanda benzin bahalaşıb - Keyfiyyəti isə...


9-02-2021, 14:04. Разместил: azadses
Ai-92 markalı benzinin və dizelin bahalaşmasından sonra yanacağın keyfiyyətinin yaxşılaşacağını gözləyənlər yanıldılar. Son günlər avtomobil sahiblərinin ustaların yanına axını müşahidə olunur. Sürücülərin əksəriyyətinin mürüciətini araşdıran avtomobil ustalarının dediyinə görə, problemlər yanacağın keyfiyyətilə bağlıdır.

''Azad Səs'' Redaktor.az-a istinadən bildirir ki, məlum olub ki, son vaxtlar Ai92 markalı benzinin həm keyfiyyəti pisləşib, həm də maşınlarda yanacaq sərfiyyatı artıb.
Halbuki, məntiqlə qiymət artdıqca, keyfiyyət də yaxşılaşmalı idi.

Maşın ustası Azər Kərimov deyir ki, son vaxtar onun yanına gələn sürücülərin böyük əksəriyyəti idarəetmə zamanı mühərrikdə yaranan silkələnmədən, səs-küydən şikayət edirlər: "Araşdıranda görürsən ki, xarab olan detallar yoxdur, mühərrikdə yaranmış problem yanacaqdan qaynaqlanır".
Ekspert Elməddin Muradlı da Modern.az-a bildirib ki, son günlər yanacağın keyfiyyəti ilə bağlı narazılıq edənlərin sayı xeyli artıb.

“Təbii ki, bunların hamısı səbəbsiz deyil. Bu halların baş verməsi ilə bağlı bizə də sürücülər tərəfindən çoxlu sayda müraciətlər olunub. Onlar konkret şəkildə bildirirlər ki, əvvəl 10 manata 11 litr yanacaq alıb 130 km yol qət edə bilirdilər. Bu gün isə 11 manata 11 litr yanacaq almaq olur. Lakin hesablamalara görə 90 km-dən artıq yol qət edə bilmirlər”.
E.Muradlı qeyd edib ki, bu hər iki hal insanları narahat edir və qayğılandırıcı suallar ortaya çıxarır.

“Əgər qiymət artımı yanacağın keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmişdisə, keyfiyyət niyə aşağı düşür? Maşında heç bir dəyişiklik olmadı, motorun həcmində artma və ya azalma baş vermədi. Təkcə yanacaq sərfiyyatı artdı. Hər bir halda aidiyyatı qurumlar bu məsələyə mütləq aydınlıq gətirməlidirlər. Yanacağın keyfiyyəti ilə bağlı yaranmış vəziyyət, ortaya çıxan narazılıqlar artıq onu deməyə əsas verir ki, bu məsələyə hüquq-mühafizə orqanlarının qarışması qaçılmazdı. Digər nəzarət edən qurumlar, İqtisadiyyat Nazirliyi yanında istehlakçıların hüquqlarını müdafiə edən təşkilat, Energetika Nazirliyi var. Bu qurumlar nəzarəti doğru-düzgün həyata keçirmir. Yanacağın keyfiyyətində ciddi problemlər hələ də qalmaqdadır”.

Ekspertin fikrincə, sürücülərin narazılığına biganə yanaşılmamalıdır:

“Qiymət artımı baş verəndə SOCAR açıqlama verirsə ki, bu, yanacağın keyfiyyətinin artırılması üçün yeni zavodların işə salınması məqsədi ilə oldu. O zaman bu sərfiyyat niyə çoxalıb? Bu o deməkdir ki, yanacağın tərkibinə müxtəlif maddələr qatıblar. Bunun nəticəsi olaraq yanacaq tez yanır, havaya sovrulub gedir. Bu o deməkdir ki, kimlərsə ciblərini güdür, öz məqsədlərini həyata keçirmək üçün bunları edirlər. Onlar anlamırlar ki, bununıla ekoloji tarazlığı pozmuş olurlar.
Bakı şəhərində ətraf mühitin çirklənməsinin 70-80 faizi avtomobillərin ixrac etdiyi zəhərli qazların miqdarından qaynaqlanır. Zəhərli qazlar da yanacağın keyfiyyəti aşağı düşdükcə, daha da artır və bu da onkoloji xəstəliklərə gətirib çıxarır. İnsanları diskomfort yaşadır. Mən düşünürəm ki, bu artıq həyat və sağlamlığımız üçün maddi zərər ilə nəticələnmiş bir hal olduğuna görə hüquq-mühafizə orqanları məsələ ilə çox ciddi şəkildə məşğul olmalıdırlar”.

Azərbaycanda Ai-92 markalı benzinin satış qiyməti Tarif Şurasının 20121-ci il 4 yanvar tarixli qərarı ilə artırılıb. Bildirilib ki, bu addım ölkədə istehsal edilən mühərrik yanacağının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə atılır. Həmin qərrala Ai-92 markalı benzinin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Вернуться назад