Главная > Cəmiyyət > Ürəyi xəstə olanlar koronavirusa qarşı peyvənd vurdura bilərlərmi?
Ürəyi xəstə olanlar koronavirusa qarşı peyvənd vurdura bilərlərmi?9-02-2021, 10:17. Разместил: azadses |
Ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov poliklinika həkimlərinə və ürək damar xəstələrinə müraciət edib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, deputat bildirib ki, ürək-damar xəstələri koronavirusa qarşı peyvənd vurdura bilər. “Bütün açıq ürək və stentləmə əməliyyatı olunan pasiyenlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVİD-19 peyvəndi (SinoVac) vurdura bilər. Hətta üərk-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik”, - deyə həkim əlavə edib. Вернуться назад |