Главная > Cəmiyyət > Metro açılarsa, bu avtobuslar fəaliyyət göstərəcəkmi? - RƏSMİ CAVAB

Metro açılarsa, bu avtobuslar fəaliyyət göstərəcəkmi? - RƏSMİ CAVAB


8-02-2021, 16:50. Разместил: azadses
Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilib.

''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar 07:00-20:00 arası fəaliyyət göstərir.

Ekspress xətlər üzrə avtobuslar yalnız metro stansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanır. Növbəti həftə "Bakı Metropoliteni" QSC-nin fəaliyyətini bərpa edəcəyi təqdirdə ekspress avtobusların fəaliyyət göstərib-göstərməyəcəyi hamıda maraq doğurur. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyinə (BNA) soğru göndərdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, epidemioloji vəziyyət nəzərə alınmaqla ekspress xətlərin fəaliyyəti bir müddət davam etdiriləcək:

"Əvvəlki təcrübəyə baxdıqda aydın olur ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən metropolitendə sərnişin daşımalarının fəaliyyətinin bərpa olunmasına baxmayaraq, ekspress xətlər üzrə avtobuslar əvvəlki qaydada fəaliyyətini davam etdirirdi. Burada başlıca olaraq mövcud epidemioloji vəziyyət nəzərə alınaraq qərar verilmişdi. Operativ Qərargah tərəfindən metroda fəaliyyətin bərpa olunması açıqlanarsa, epidemioloji vəziyyət nəzərə alınmaqla ekspress xətlərin fəaliyyəti bir müddət davam etdiriləcək. Bu istiqamətdə təhillər aparılacaq.

Birbaşa metro stansiyalarını əlaqələndirən ekspress xətlərin gələcəkdə qalmasına ehtiyac qalmaya bilər. Bu marşrut ona görə təşkil edilmişdi ki, metroya olan tələbat ödənsin. Əgər metrolar açılacaqsa, həmin xətlərin qalmasına ehtiyac olmayacaq".

Həmin xətlərdəki avtobuslar çıxarılacaq, digər müntəzəm xətlərin yenilənməsinə və ya yeni ekspress xətlərin təşkilinə yönləndirilə bilər".



Вернуться назад