Главная > Cəmiyyət / Manset > Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin ödənilən kredit məbləği AÇIQLANDI

Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin ödənilən kredit məbləği AÇIQLANDI


8-02-2021, 12:22. Разместил: azadses
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf olunub.
Ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü:
Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 3 383 284,75 manat, borc öhdəliklərinin qarşılanması üçün 626 777,73 manat, tibbi xərclərin ödənilməsi üçün 178 640,10 manat, təhsil xərclərinin ödənilməsi 45 704,54 manat xərclənib.
Ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsü:
Evin təmiri üçün 3 319 965,50 manat, bank borcları üçün 579 934,55 manat, əməliyyat və xəstəxana xərcinin qarşılanması üçün 84 343,82 manat, həmçinin müalicə xərcinin qarşılanması üçün 7 574,07 manat, qeyri-bank borcları üçün 46 843,18, təhsil haqqının ödənilməsi üçün 44 704,54, istilik sisteminin quraşdırılması üçün 8 008 manat və digər məsələlərlə bağlı vəsait sərf olunub.
Qeyd edək ki, indiyədək fondda 29 492 031,58 manat toplanıb. Həmin vəsaitdən 4 082 315,38 manatı xərclənib. Vəsaitin qalığı isə 25 409 716,2 manatdır.

Вернуться назад