Главная > Cəmiyyət > Qara gavalı qorxulu xəstəliyin QARŞISINI ALIR

Qara gavalı qorxulu xəstəliyin QARŞISINI ALIR


7-02-2021, 12:00. Разместил: azadses
Qara gavalı qurusunun müntəzəm istifadəsi bağırsağın fəaliyyətini yaxşılaşdırır və xərçəng də daxil olmaqla onu xəstəliklərdən qoruyur.

Xarici diyetoloqlar Erin Kenni və Ceymi Miller “Shape” portalında qara gavalının bağırsaq sistemi üçün faydalarından bəhs edilər.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu quru meyvə bağırsaqların peristaltikasına və boşalmasına müsbət təsir edir.

“Quru gavalı qəbizliyin qarşısını alan yüksək sellüloz tərkibli məhsuldur. Bu quru meyvənin tərkibi, həmçinin sorbitol və xlorogen turşusu ilə zəngindir”, - deyə ekspertlər izah edirlər.

Alimlər quru gavalının bağırsağın xərçəng şişindən müdafiəsini yaxşılaşdırmasını onun tərkibindəki mikroelementlərin antioksidan təsiri ilə əlaqələndirirlər. Bundan əlavə, quru gavalı hüceyrələri zədələyərək bədxassəli törəmələrin artmasına səbəb olan iltihab prosesinin azalmasına da kömək edir.

Mütəxəssislər qara gavalının tərkibindəki manqanın, eləcə də misin iltihab prosesi ilə əlaqəli zədələrdən sağlam hüceyrələri necə qoruduğunu izah ediblər. Onlar, həmçinin əlavə ediblər ki, bu quru meyvənin tərkibindəki antosiyan maddələr yoğun bağırsaqda xərçəngin inkişaf etmə riskini azaldır.

Diyetoloqlara görə, əks göstəriş olmadığı təqdirdə, gündə bir və ya iki quru meyvə yemək optimal sayılır. Mütəxəssislər qara gavalı qurusunun digər əhəmiyyətli üstünlükləri sırasında onun ürəyin fəaliyyətinə müsbət təsir göstərməsi ilə yanaşı, sümükləri möhkəmləndirməsini də qeyd ediblər.

Вернуться назад