Главная > Cəmiyyət > Koronavirus nə vaxt yox olacaq? - Azərbaycanlı professor açıqladı

Koronavirus nə vaxt yox olacaq? - Azərbaycanlı professor açıqladı


7-02-2021, 11:34. Разместил: azadses
"Əgər əhali populyasiyasının təxminən 2/3 hissəsində immunitet yarada bilsək koronavirus aramızdan yox ola bilər".


''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri Prof. Akif Qurbanov Xəzər TV-yə deyib.


Onun sözlərinə görə, vaksinasiya hesabına vətəndaşların yalnız müəyyən qismində COVİD-19-a qarşı immunitetin yaradılması nəzərdə tutulur. Çunki bu xəstəliyi keçirən şəxslərdə virusa qarşı artıq immunitet formalaşıb.


"Koronavirusa yoluxmamış qismdə isə virusa qarşı immunitet yaranmasına nail ola bilsək, pandemiya aramızdan gedə bilər. Vaksin vurulan şəxslərin 91-92%-i bu xəstəliyə yoluxub xəstələnməyəcək.


Vaksin vurulan 8% qismdə xəstələnmə halları olsa da, onlar bu xəstəliyi çox yüngül, fəsadsız keçirəcək", - Prof. Akif Qurbanov əlavə edib.

Вернуться назад