Главная > Cəmiyyət > Diqqət: Bu gündən daha bir qadağa
Diqqət: Bu gündən daha bir qadağa6-02-2021, 09:48. Разместил: azadses |
Bu gündən fevralın 8-dək saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. ''Azad Səs''-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Bununla əlaqədar 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb. Вернуться назад |