Главная > Cəmiyyət / Manset > Daxili Qoşunların Kəlbəcər istiqamətində şəhid olan 24 yaşlı əsgəri

Daxili Qoşunların Kəlbəcər istiqamətində şəhid olan 24 yaşlı əsgəri


5-02-2021, 09:54. Разместил: azadses
Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əsgəri Bağırov Elnur Zeynal oğludur.

“Azad Səs” xəbər verir ki, 24 yaşlı E.Bağırov ötən ilin noyabrın 2-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da imzaladığı sərəncama əsasən o, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. E.Bağırov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.

Qeyd edək ki, E.Bağırov 1996-cı ilin martın 6-da Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub.

Allah rəhmət eləsin!


Вернуться назад