Главная > Cəmiyyət > Keçmiş bankirlərə vəzifə verildi
Keçmiş bankirlərə vəzifə verildi5-02-2021, 09:29. Разместил: azadses |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də iki yeni direktor müavini təyin edilib. ''Azad Səs''-in xəbərinə görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə Cəlilov Əfqan Süleyman oğlu və Süleymanov Nazim Süleyman oğlu qurumun direktor müavinləri təyin edilib. Beləliklə müavinlərin sayı 5-ə çatdırıldı. Ə.Cəlilov 1978-ci ildə Bakı şəhərində anadan olub.O, 2002-2005-ci illərdə Milli Bankın Bazar Əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsində işləmişdir. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016-2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib. N.Süleymanov 1958-ci ildə Cəbrayıl rayonunun Cəbrayıl qəsəbəsində anadan olub. O, 1993-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında baş iqtisadçı, Azərbaycan Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı iqtisadçı, idarə rəisinin müavini, Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi, Beynəlxalq bank əməliyyatları departamentinin direktoru, Birləşmiş İnvestisiya Səhmdar Bankında Beynəlxalq əməliyyatlar departamentinin direktoru, Birləşmiş Universal Səhmdar Bankında Əməliyyatlar blokunun baş direktoru, "AtaBank" Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. 2006-2019-cu illərdə "Azərpoçt" MMC-də çalışıb. 2019-cu ildə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini təyin olunub. Report Вернуться назад |