Главная > Cəmiyyət > “Sayğaclar hesablama zamanı vətəndaşları aldadır və qazın keyfiyyəti çox aşağıdır” – Aslan İsmayılov

“Sayğaclar hesablama zamanı vətəndaşları aldadır və qazın keyfiyyəti çox aşağıdır” – Aslan İsmayılov


4-02-2021, 13:20. Разместил: azadses
“Bir neçə gün bundan əvvəl qaz sayğacları ilə bağlı baş verən fırıldaqlardan yazmışdım. Yazımda göstərmişdim ki, sayğaclar hesablama zamanı vətəndaşları aldadır və qazın keyfiyyatı çox aşağıdır. Azəriqaz İstehsalat Birliyi yazıma Instagramda uzun uzadı cavab yazıb məni ədalətli olmağa çağırmışdı. Ona görə də bu sahəni diqqətdə saxlamağa çalışdım. Bu gün Azərbaycan Energetika Nazirliyinin öz saytında 2 fevral tarixli açıqlamasını oxudum. Bəlli oldu ki, 25-27 yanvar tarixlərində Energetika və İqtisadiyyat Nazirliyi tabeçiliyində olan strukturlarla bəzi yoxlamalar aparmışdır. Bəlli olub ki, "…araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib". Əlavə olaraq bildirilir ki, "…eyni zamanda, adıçəkilən ərazilərə verilən qazın keyfiyyət göstəriciləri də yoxlanılıb". Hər iki Nazirliyə problemi araşdırdıqlarına görə təşəkkür edirəm. Bununla belə qeyd edirəm ki, bu araşdırmanın elan olunan nəticəsi də qeyri-səmimidir”.
 
''Azad Səs''-in xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 
“Birincisi, "araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib" ifadəsi çox qeyri-müəyyəndir. Bu hissədə hökmən aydın şəkildə göstərilməlidir ki, "sərfiyyat aşağı olduqda" və "normaya uyğun hesablanmamaq" nə deməkdir? İkincisi isə əgər keyfiyyət yoxlanılıbsa nəticəsi niyə elan olunmayıb?” – A.İsmayılov qeyd edib.

Вернуться назад