Главная > Cəmiyyət > “Əvvəllər işıqları düzürdülər, söndürmürdülər, indi özüm də otaqdan çıxan kimi işığı söndürürəm”
“Əvvəllər işıqları düzürdülər, söndürmürdülər, indi özüm də otaqdan çıxan kimi işığı söndürürəm”4-02-2021, 12:07. Разместил: azadses |
“Azərsu” suyun qiymətinin artırılması ilə bağlı Tarif Şurasına təqdimat vermişdi. Şura da bu təqdimatı nəzərə alaraq qiymətləri artırdı. Milli Məclisin sonuncu plenar iclasında deputatlar təklif etdi ki, Tarif Şurasının nümayəndəsi parlamentə dəvət edilsin, hesabat versin. Təbii qazda limit tətbiq edilir, bu, suya da tətbiq olunmalıdır”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, dünyada içməli su problemi mövcuddur: “Azərbaycan da su qıtlığı olan ölkələrdəndir. Xatırlayırsınızsa, əvvələr elektriklə bağlı problem var idi. Hamı işıqları düzürdülər, söndürmürdülər. Müəyyən tənzimləmədən sonra bu problem aradan qaldırıldı. Biri ilə mən özüm, otaqdan çıxan kimi işığı söndürürəm. İnsanlar yavaş-yavaş uyğunlaşmalıdırlar. Amma koronavirusu, qələbəmizi nərəzə alaraq deyə bilərəm ki, belə bir vaxtda bunu ortaya salmaq düzgün deyildi. Bu, təxribat deyil, sadəcə, məmur işidir”. Вернуться назад |