Главная > Cəmiyyət / Manset > Təhsil Nazirliyi: Dərnək məşğələləri bərpa olunur

Təhsil Nazirliyi: Dərnək məşğələləri bərpa olunur


4-02-2021, 09:50. Разместил: azadses
Azərbaycanda fevralın 8-dən dərnək məşğələlərinin ənənəvi formada keçirilməsi bərpa olunur.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.Report


Вернуться назад