Главная > Cəmiyyət > Kəmaləddin Heydərov da vəzifəsindən azad edilir?

Kəmaləddin Heydərov da vəzifəsindən azad edilir?


3-02-2021, 13:26. Разместил: azadses
Keçmiş nazir Səlim Müslümovun həbs xəbəri diqqəti fövqəladə hallar naziri Kəmaləddin Heydərova yönəldib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Səlim Müslümovun həbsi barədə məlumat bu gün səhər saatlarında yayılıb. Hələ ki, xəbərə rəsmi reaksiya yoxdur. Amma artıq ölkə mediasının əhəmiyyətli hissəsi məlumatı tirajlayıb.
 
Keçmiş nazirin həbsi barədə xəbərin Kəmaləddin Heydərovun Prezident səviyyəsində tənqidindən sonraya təsadüf etməsi bu iki olay arasında əlaqənin olması barədə ehtimallara yol açıb. Belə ki, Səlim Müslümov fövqəladə hallar nazirinə yaxın şəxs sayılır. Onun karyera yüksəlişində Kəmaləddin Heydərovun mühüm rol oynadığı deyilir.
 
2000-ci ildə Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışan Səlim Müslümov həmin vaxt Azərbaycan Əmanət Bankından (indiki KapitalBank) milyonlarla pulun "yoxa çıxması” səbəbi ilə həbs edilib. Onunla birgə sözügedən bankın Səbayel fililalının rəhbəri Bəşər Hacıyev də dəmir barmaqlıqlar arasına salınıb. Bəşər Hacıyev uzun müddətli həbs həyatı yaşasa da, Səlim Müslümov 6 aydan sonra azadlığa buraxılıb.
 
Məlumatlara görə, onun azadlığa çıxması, Dövlət Sosial Müdafiə Fondunun sədri, əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunması Kəmaləddin Heydərovun dəstəyi ilə baş tutub. Bu baxımdan, Səlim Müslümovun həbsi xəbəri fövqəladə hallar nazirinin karyerasını şübhə altına alıb. Bu həbs Kəmaləddin Heydərovla vidalaşmağın tərkib hissəsi ola bilər.

Вернуться назад