Главная > Cəmiyyət > Azərbaycanlı mütəxəssis ÜST-ün əsas məqsədini AÇIQLADI

Azərbaycanlı mütəxəssis ÜST-ün əsas məqsədini AÇIQLADI


3-02-2021, 11:36. Разместил: azadses
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas məqsədi ölkələrə dəstək olmaq, yerli ekspertlərin bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsidir.
''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bu sözləri ÜST-ün Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova deyib.
O bildirib ki, bütün ölkələr koronavirusa qalib gəlmək üçün çalışır:
"Azərbaycanda da həkimlər bu mübarizə istiqamətində əllərindən gələni edir. Biz onların bacarıqlarının artırılmasına dəstək olmaq istəyirik. Dünyadakı vaksinlərə nəzarət, onların təhlükəsizliyini yoxlamaq və qeydiyyata almaq üçün mütəxəssislər lazımdır. ÜST çalışır ki, onlayn və digər alternativ yollarla bu istiqamətdə yerli ekspertlərin hazırlanmasında iştirak etsin. ÜST tərəfindən belə bir təlim ilk dəfədir keçirilib. Bu təlim proqramlarında Azərbaycandan da həkimlər iştirak edib".
"Vərəm xəstəliyi ilə mübarizədə də yeni dərmanlar meydana gəlir. Təbii ki, yeni dərmanların düzgün təyinatının aparılması üçün bilik və bacarıqların olması vacibdir. Odur ki, bütün bunlar üçün həkimlərin təlimlərdə iştirakları da önəmlidir", - deyə o qeyd edib.

Вернуться назад