Главная > Cəmiyyət > "Bu məmurlar ən sərt şəkildə cəzalandırılacaq" - MİLLƏT VƏKİLİ
"Bu məmurlar ən sərt şəkildə cəzalandırılacaq" - MİLLƏT VƏKİLİ3-02-2021, 10:05. Разместил: azadses |
“Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı məsələlərə diqqəti cəlb elədi. Həmçinin, ölkə başçısı məmurlarla bağlı da öz mövqeyini bir daha ortaya qoydu”. Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi haqda danışarkən deyib. O, Prezident İlham Əliyevin çıxışındakı bir sıra önəmli məqamlara diqqət çəkib: “Ölkə başçısı bir sıra ünvanları göstərməklə qurumların adlarını çəkdi və onlara öz xəbərdarlığını bildirib. Bugünkü şəraitdə bəzi məmurlar elə məsələləri qaldırırlar ki, onlar ümumiyyətlə qəbuledilməzdir. Onlar özlərinə ofislər, imtiyazlar, hasarlamalar, xüsusi şərait yaratmaq istəyirlər. Yəni, bütün bunlar heç bir halda qəbul edilə bilməz. Prezident də müsahibəsində bu halların ən sərt şəkildə qarşısının alınacağını bildirdi və onlara barmaq silkələdi. Çünki cənab Prezidentin dövlətçilik fəlsəfəsinin qayəsini təşkil edən bir ideya var - güclü Azərbaycan dövləti qurmaq və xalqa layaqətlə xidmət etmək. Prezident bu konteksdə də məmurların Azərbaycan xalqının bir nömrəli xidmətçisi olduğunu dəfələrlə qeyd edib. Hər bir məmur xalqın xidmətçisi olmaldır. Vəzifəsini düzgün və ona tapşırılan formada yerinə yetirən məmurlar daha da yüksələcək, əksi olarsa, ən sərt şəkildə cəzalandırılacaq. Bu, ölkə başçısının dəyişməz mövqeyidir”. Millət vəkili qarşıdakı günlərdə və ya aylarda kadr islahatlarının genişlənəcəyini bildirib: “Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi onu göstərdi ki, Azərbaycanda 2008-ci ildən başlayan kadr islahatları qarşıdakı illərdə daha da genişlənəcək. Biz yeni kadr islahatlarının, həmçinin yeni təfəkkürlü insanların vəzifəyə gətirilməsinə şahidlik edəcəyik. Həmin insanlar da ilk növbətə vətənpərvər və nəfsinə hakim ola bilən insanlar olacaq. Çünki bu iki şərt çox mühüm məsələdir”. Вернуться назад |