Главная > Cəmiyyət / Manset > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ2-02-2021, 16:49. Разместил: azadses |
Azərbaycanda son sutkada koronavirusa 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb. Bu barədə "Azad Səs"-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 230 455 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 223 807 nəfər müalicə olunaraq sağalıb, 3 141 nəfər vəfat edib. Hazırda 3 507 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 713, bu günə qədər isə ümumilikdə 2 419 747 test icra olunub. Вернуться назад |