Главная > Cəmiyyət > Rayonlarda vaksinasiya nə vaxt başlayacaq? - RƏSMİ AÇIQLAMA
Rayonlarda vaksinasiya nə vaxt başlayacaq? - RƏSMİ AÇIQLAMA2-02-2021, 16:40. Разместил: azadses |
Bildiyimiz kimi, yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya başlanılıb. Bəs rayonlarda vaksinasiya prosesi necə gedir, vətəndaşların peyvənd olunmasına başlanılıbmı? Məsələ ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bölgələrdə peyvəndləmə vaksinasiya strategiyasına uyğun olaraq aparılır: "İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi nəzərdə tutulub. Digər vətəndaşların vaksinasiyası ilə bağlı tarix aidiyyatı orqanlar tərəfindən açıqlanacaq”. Вернуться назад |