Главная > Cəmiyyət > COVID-19: Hər an vəziyyət dəyişə bilər - AZƏRBAYCANDA ÜÇÜNCÜ DALĞA...

COVID-19: Hər an vəziyyət dəyişə bilər - AZƏRBAYCANDA ÜÇÜNCÜ DALĞA...


2-02-2021, 15:34. Разместил: azadses
Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma müşahidə olunur. Dünən açıqlan statistikaya görə, ölkə üzrə yoluxanların sayı 77 nəfər olub. Lakin azalma olsa da, bəzi şəxslər yay aylarında virusun üçüncü dalğasının olması ilə bağlı iddialar səsləndir.

Bəs bu iddialar nə qədər doğrudur? Həqiqətən koronavirusun üçüncü dalğası başlaya bilərmi?

Sözügedən iddialarla bağlı Redaktor.az-a açıqlama verən  professor Adil Qeybulla vaksinasiya prosesinin gözlənilən səviyyədə olacağı təqdirdə üçüncü dalğanın yaşanma ehtimalının çox aşağı olduğunu bildirib:

“Yanvarın 18-dən başlanılan vaksinasiyanın müsbət nəticəsinin olması gözlənilir. Hesab edirəm ki, vaksinasiya və yaranmış immunitetlə birgə yaxın 6 ayda geniş müdafiə yarada bilərik. Bu müdafiədə effektiv ola bilər. Növbəti dalğa olarsa, yüngül keçməsinə və o qədər də nəzərə çarpamamasına gətirib çıxara bilər. Amma vaksinasiya prosesinə laqeyd yanaşıb, əvvəlki kimi qoyulan qaydalara əməl etməsək, gözlənilməz süprizlərlə qarşılaşa bilərik. Bu baxımdan, üçüncü dalğanın yaşanmaması üçün maksimum şəkildə diqqətli olmalı, qaydalara əməl etməliyik. Dediyim kimi, əks halda istəmədiyimiz vəziyyətlə yenidən üz-üzə qala bilərik”.


Вернуться назад