Главная > Cəmiyyət > Uşaq bağçasının kollektivi Prezidentə və Vitse-Prezidentə səsinin çatdırılmasını ''Azad Səs''-dən xahiş etdi

Uşaq bağçasının kollektivi Prezidentə və Vitse-Prezidentə səsinin çatdırılmasını ''Azad Səs''-dən xahiş etdi


2-02-2021, 11:40. Разместил: azadses
Salam,Sizi Sumqayıt şəhər 65 nömrəli körpələr evi-uşağ bağçasının tərbiyəçiləri narahat edir.Şikayətimiz Sumqayıt şəhər 65№-li körpələr evi-uşağ bağçasının müdiri Solmaz Abbasovadandır,maaşımızın qanunsuz kəsiri ilə bağlı.Nəzərinizə çatdırırığ ki,belə bir şikayət məktubu ilə dəfələrlə müvafiq qurumlara müraciət etmişik.Onlar Sumqayıt şəhər İcra Hakimiyyətinə məlumat veriblər ki,bu barədə araşdırma aparılsın.Lakin,xeyli vaxt keçdiyinə baxmayaraq müraciətlərimiz cavabsız qalıb və problem olduğu kimi qalmaqdadır.Sumqayıt şəhər İcra Hakimiyyətinin 1-ci müavini Teymur müəllim və İcra Hakimiyyətindən Fərman adlı şəxs bizi dəfələrlə zənglərlə narahat edib,İcra Hakimiyyətinə və 65№-li bağçaya çağırıblar.Niyə hər dəfə qurumlara şikayət etdikdə bizə İcra Hakimiyyətindən barışıq etmək üçün müxtəlif hədə-qorxu zəngləri gəlir.Bir dəfə telefon açdığımda Fərman müəllimin mənə dediklərini sizə çatdırıram:"Solmaz müəllimə bu vaxta kimi işçilərə qeyri yollarla (yəni qanundan kənar) maaş yazırdı.İndi PANDEMİYA dövri olduğu üçün çətinlik çəkir,o üsula əl ata bilmir". Bunun hansı qanuna əsas olduğunu və nəticənin cavabını mənə yazılı surətdə göndərilməsini tələb etdim.Lakin,xeyli vaxt keçdiyinə baxmayaraq müraciətimiz cavabsız qalıb.Və problem olduğu kimi qalmaqdadır.Nəzərinizə çatdırmaq istəyirik ki,başqa bağçalarda belə hallar baş verməyib.Bu məmurlar kimin himayəsindədir və kimə arxayındırlar? Bu cür hallar Ali Baş Komandanımız və hər zaman dəstəklədiyimiz Prezident Cənab İlham Əliyevin Təhsil sistemində yürütdüyü uğurlu siyasətinə bir ləkədir.Bu sözlər Cənab İlham Əliyevə aiddir: HEÇ BİR MƏMUR TOXUNULMAZ DEYİL!. Axı Müəllimə hörmət Ulu Öndərdən qalıb.Xahiş edirik şikayətimizi diqqətdən kənar qoymayasınız və məktubumuzu Ölkə Başçısı Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Xanım Mehriban Əliyeva ya çatdırasınız.
Hörmətlə Tərbiyəçilər: Nəzərli Sevda,Əliyeva Səbinə,İbadova Elmira,Nuriyeva Məsumə,Orucova-Muradlı Validə.


Вернуться назад