Главная > Cəmiyyət > Bu tarixdə "Sədərək" və "Binə" ticarət mərkəzləri fəaliyyətə başlaya bilər - AÇIQLAMA
Bu tarixdə "Sədərək" və "Binə" ticarət mərkəzləri fəaliyyətə başlaya bilər - AÇIQLAMA2-02-2021, 10:35. Разместил: azadses |
Azərbaycanda koronavirusa yoluxanların sayı 70-ə düşüb. Ölənlərin sayında da xeyli azalma müşahidə olunur. Yanvarın 18-dən də ölkə ərazisində vaksinasiya başlayıb. Əgər yoluxma sayı azalma dinamikası ilə davam edərsə, mart ayından iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilərmi? Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, mart ayından iri ticarət mərkəzlərin fəaliyyətinə icazə verilə bilər: "Əlbəttə, bu vaksinasiyanın nə qədər insanı əhatə etməsindən asılı olacaq. Vaksinasiyadan əlavə insanlarımız da əvvəlki aylarla müqayisədə, karantin qaydalarına daha məsuliyyətlə yanaşırlar. Demək olar ki, küçədə maskasız insan yoxdur. Əgər bugünkü kimi insanlarımız karantin qaydalarına əməl etsə, yenidən yoluxma sayının artma ehtimalı olmaz. Yay aylarında 3-cü dalğanın başlama ehtimalı çox aşağıdır. Çünki vaksinasiya xəstəliyin yayılmasına imkan verməyəcək. Yoluxma sayı azalma ilə davam edərsə, növbəti yumşalmaların olması mümkündür. Bilirsiniz ki, fevralın 1-dən kafe və restoranların fəaliyyətinə icazə verildi. Əgər bu yumşalma yenidən yoluxma sayını artırmasa, tədricən digər obyektlərin də fəaliyyətinə icazə veriləcək. Fevral ayındakı yumşalmaların nəticələrindən çox şey aslıdır. Əgər artım olmasa, növbəti yumşalmalara gediləcək. Mart ayında iri ticarət mərkəzlərinin fəaliyyətinə, aprel ayında isə toyların və digər mərasimlərin keçirilməsinə icazə verilə bilər". Вернуться назад |