Главная > Cəmiyyət / İqtisadiyyat > Ziyanla işləyən "Azərsu" - "YEYİNTİ HALLARI VAR VƏ..."
Ziyanla işləyən "Azərsu" - "YEYİNTİ HALLARI VAR VƏ..."1-02-2021, 12:54. Разместил: azadses |
Hər ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10-20 milyon manat vəsait ayrılır. Amma demək olar ki, bu qurum hər ili zərərlə başa vurur. Prezident İlham Əliyev də 2020-ci il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı bunu xüsusilə vurğulamışdı. Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli “Azərsu” ASC-də yeyinti hallarının olduğunu bildirib: “"Azərsu” ASC-nin son illər ziyanla işlədiyi hər kəsə məlumdur. Hətta Prezident İlham Əliyev də bunu öz çıxışlarında bildirib. Dünyanın istənilən şirkətində ziyanla işləmə olarsa, bunun qarşısını almaq üçün araşdırma aparılır və zərərin necə yarandığı müəyyən edilir. Bundan sonra əlavə xərclərin qarşısının alınması yönündə addımlar atılır. Burada söhbət təkcə “Azərsu” ASC-dən getmir. Bu, ümumilikdə bütün şirkət və qurumlara aiddir. Amma çox təəssüf ki, bəzi dövlət qurumlar bunun əksinə olaraq, qiymətləri artırır. Həmçinin, bir çox dövlət qurumlar hər il dövlətdən küllü miqdarda dəstək alır və bunun qarşılığında dövlət büdcəsinə heç bir xeyir vermir, bu halda, hesab edirəm ki, onların fəaliyyti geniş şəkildə araşdırılmalıdır”. Вернуться назад |