Главная > Cəmiyyət / Manset > Nazir: "Ümid edirik ki, bütün şagirdlər siniflərə qayıdacaq"
Nazir: "Ümid edirik ki, bütün şagirdlər siniflərə qayıdacaq"1-02-2021, 12:10. Разместил: azadses |
Təhsil naziri Emin Əmrullayev məktəblərin açılması ilə bağlı paylaşım edib. ''Azad Səs'' xəbər verir ki, paylaşımda deyilir: "Bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür. Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız. Ümid edək ki, COVID-19-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər". Вернуться назад |