Главная > Cəmiyyət > DİQQƏT! Azərbaycanda bu xidmətlərin də qiyməti bahalaşacaq

DİQQƏT! Azərbaycanda bu xidmətlərin də qiyməti bahalaşacaq


1-02-2021, 10:34. Разместил: azadses
Tarif Şurasının içməli suyun qiymətinin ikiqat qaldırılması barədə qərarını ekspert Natiq Cəfərli şərh edib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, N.Cəfərli hər şeydən öncə Azərsu ASC-nin rentabelli işləməməsinin səbəbinin axtarılmalı olduğunu bildirib. Onun sözlərinə görə, aidiyyəti məmurların qiymət şişirtməsi və yeyinti ilə vurduğu ziyanların üzə çıxarılmalı, aydınlaşma aparılmalı, sonra qərar verilməli idi. İndiki halda isə məmurların bu yeyintisi əhalinin hesabına kompensasiya edildi.

 

O, həmçinin vurğulayıb ki, bu, Azərsu ASC-nin xarici şirkətlərə satılması ehtimalını da artırır. Mümkündür ki, dövlət xarici sərmayələri cəlb etmək üçün su satışını xarici ölkə şirkətinə satsın.

 

Buna əsaslanaraq, N.Cəfərli elektrik enerjisi və təbii qazın da qiymətinin artırılacağını proqnozlaşdırıb.

Вернуться назад