Главная > Cəmiyyət > Mirşahin: “Xankəndinə niyə girmədik?”, “Njdenin heykəli niyə vurulmur?” kimi qeyri-ciddi, sırf populizmə hesablanan suallar...

Mirşahin: “Xankəndinə niyə girmədik?”, “Njdenin heykəli niyə vurulmur?” kimi qeyri-ciddi, sırf populizmə hesablanan suallar...


1-02-2021, 08:57. Разместил: azadses
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Dağlıq Qarabağ Azərbaycandır deyirdik. İndi isə Dağlıq Qarabağı Azərbaycan edirik”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
 
M.Ağayev bildirib ki, bu, çətin prosesdir, ağır işdir, amma artıq bu mürəkkəblik, 30 ilə yaxın vərdiş etdiyimiz geosiyasi şəraitin, qeyri müəyyənliyin doğurduğu çətinlik deyil: “Daha ləzzətli bir ağırlıqdır. Özümüzü özümüzə qaytarırıq. Ali Baş komandan İlham Əliyevi eyni qətiyyətlə Prezident Əliyev əvəz edir. Hərbi üstünlüyün mülki üstünlüklə bərkidilməsi prosesini müşahidə edirik. Bu həftə Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Cəmiyyətimizin çoxdan gözlədiyi bu hadisə münasibətilə Azərbaycan Prezidenti Əliyev həm Türkiyənin prezidenti Ərdoğanı, həm də Rusiya prezidenti Putini təbrik etdi. Biz də öz növbəmizdə Monitorinq mərkəzinin fəaliyyətini sabit diqqət mərkəzində saxlayacağıq. Xüsusilə Türkiyənin Azərbaycanda bu formatda olmasının regionun arxitekturası baxımından əhəmiyyətini daha dərindən anlamağa və anlatmağa çalışacağıq. Bu monitorinq mərkəzi vasitəsilə Azərbaycanda qardaş Türkiyənin də gözü olacaq. Və bu göz həm də Rusiyanın üzərində olacaq. Cəmiyyətimiz üçün bu mühüm detalın əhəmiyyəti olduqca böyükdür. Bir qeydim də var. Sosial şəbəkələrdə Türkiyənin proseslərdən guya kənar saxlanıldığı, hətta bəzən aldadıldığı barədə iddialara kiçik bir toxunuşum olacaq. Hadisə münasibəti ilə Rusiya da, Türkiyə də təbrik edilir, cənablar və xanımlar! Təbriki edən Azərbaycandırsa, təbriki məmnunuluqla qəbul edən həm də Türkiyədir! Məmnun Türkiyə. Razı Türkiyə!!! Gəlin demoqoqiyanı, çənə gimnastikanı, havadan sui-istifadəni dayandıraq! Ümumiyyətlə sosial şəbəkələrlə işin yenidən təşkil edilməsi lazımdır. Daha doğrusu ümumiyyətlə təşkil edilməsi lazımdır. Çünki hadisələr göstərir ki, biz bu platformada işləməmişik. Debatların sosial mediya müstəvisinə yeni keyfiyyətdə çıxması cəmiyyətin media fəallığı baxımından müsbət əlamətdir. Amma bu debatlarda bir qayda olaraq qaragüruhun təklif etdiyi mövzular müzakirə edilir, 3-cü dərəcəli mövzular istehlakçının çantasına birinci dərəcəli adına soxuşdurulur. Nəticədə, məsələn COVİD-19 kimi mövzular gündəlikdən çıxarılır, əvəzində Xankəndinə niyə girmədik? Njdenin heykəli niyə vurulmur kimi-qeyri ciddi, sırf populizmə hesablanan sualların cavab axtarışına vaxt sərf edilir. Hər bir sosial media fərdi hesab edir ki, oturduğu qısıq kabinet dövlətin bir nömrəli ideoloji kafedrasıdır. Peşəkarlıq ən ciddi səviyyədə çatışmır. Bunu mən Azərbaycan teleməkanında ən geniş miqyaslı siyasi-tok şouların müəllifi olmuş biri kimi deyirəm. Mərkəzi Bankın tender elan etməsi, özünə bina tikməsi, bu məqsədlə yarım milyard manata yaxın vəsait xərcləməyə hazırlaşması əlbəttə maraqlı məsələdir. Amma o pulu niyə filankəslərə vermirsən?sualına görə yox. Məsələn, ciddi tamaşaçını yəqin ki, “YARIM MİLYARD MANATA BİNA TİKMƏ! VER ONU ACLAR YESİN SƏNƏ DUA ELƏSİN!” kimi sırf qaçaqnəbisevənlərə, ondan al mənə ver psixologiyasına hesablanan populist ritorika cəlb etməməlidir. Məsələn, məndən ötrü bu barədə yəqin ki, Hesablama Palatasının mövqeyi maraqlı olmalıdır. Mərkəzi Bankın bu addımı ilə hansısa qanunun pozulması faktı baş veribmi? Mən də tənqid edə bilərəm Mərkəzi bankı. Məsələn soruşa bilərəm ki, əziz dostlar, Davos standartlarının az qala toyuğu da rəqəmsal şəkildə yumurtlatdığı bir zamanda bizim yeni əskinaslarımızın üzərində o nə lələyidi elə və biz niyə belə quşlayırıq? Amma bunu etmirəm, bilirsiz niyə, ona görə ki, Azərbaycanın bu gün daha ciddi problemləri var və biz Böyük Qayıdışın içindəyik. Özümüzə qayıtmasaq heç hara qayıdan deyilik. Yoxsa, dövlət qurumlarının daxili siyasətini sosial şəbəkələr vasitəsilə şantaj etmək, təhdid etmək və sonda nail olduğu nəticəni ümumxalq zəfəri kimi qəbul etmək səhv addımdır. Bu gün üzərimizdə üç xof var. Bunlardan biri inzibati alətlərin xofu. İkincisi sosial şəbəkələrin qınaq, amma daha çox təhdid və şantaj xofu. Üçüncüsü isə getdikcə arxa plana keçən Qanun xofu. Bu üçlü təsir altında ənənəvi televiziya kanallarının ictimai yükü azalır. İnternet azadlığının yaratdığı ağzınagələnlik, özbaşınalıq, məsuliyyətisizlik kütləvi-virtual dərəbəyliyə səbəb olur. Məsələn, biz qələbəni biz tədris edirik. Çox pis. Arzu azadlığı plan məsuliyyətini üstələyir. Gün o gün olsun ki, gün bu gün olsun ki... axarında əsas məqsəd elə günə çatmaqla bitir. Daha bu günün içində nə etməli olduğumuz maraqlı deyil. Bu gün Ermənistan məğlubiyyətə hazır olmamasının böhranını yaşayır. Azərbaycanda da qələbəyə hazır olmamağın böhranını yaratmağa çalışanlar var. Bunu xüsusilə sosial mediada edənlər sürətlə artır. Ona görə də Kütləvi İnformasiya haqqında Qanunun yenilənməsi lazımdır. Təkrar edirəm: Azərbaycan qalib dövlətdir! İndiyədək qəbul edilən qanunlarımız isə məğlubiyyətin şərtlərinə öyrəşərək yaşayan, inkişaf edən dövlətdə qəbul edilmişdi. Qalib dövlət özünün lazımsa, bütün Qanunlarına yenidən baxmalıdır. Əks təqdirdə müqəddəs balamızın şəhid qəbri ətrafında hansısa məkrlini, kirlinin dövlətimizə qəbir qazmağa çalışdığını görə bilməyəcəyik. Gəlin vətən adlı anamızı unutmayaq”.

Вернуться назад