Главная > Cəmiyyət > Karantin xəstəxanasının baş direktorundan əhaliyə müraciət

Karantin xəstəxanasının baş direktorundan əhaliyə müraciət


2-03-2020, 21:28. Разместил: azadses
"Mümkün qədər ev şəraitində olsunlar"
"Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalini düşünərək verilmiş bir qərardır". 
Azadsəs-in məlumatına görə, Karantin xəstəxanasının baş direktoru Emin Hüseyn tövsiyə edib ki, vətəndaşlar kütləvi yerlərdən uzaq olsunlar:
"Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-na qədər bütün tədris müəssisələri bağlı olacaq.


Вернуться назад