Главная > Cəmiyyət > Azərbaycanda restoran, kafe və çayxanalar fəaliyyətini bərpa etdi
Azərbaycanda restoran, kafe və çayxanalar fəaliyyətini bərpa etdi1-02-2021, 08:06. Разместил: azadses |
Bu gündən restoran, kafe və çayxanaların fəaliyyəti bərpa olunub. ''Azad Səs''-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət bərpa olunub. Qeydə olunan iaşə müəssisləri bu gündən şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək. Bu yerlərdə pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır. Вернуться назад |