Главная > Cəmiyyət > Koronavirusun ciyərlərə təsiri MƏLUM OLDU
Koronavirusun ciyərlərə təsiri MƏLUM OLDU31-01-2021, 11:05. Разместил: azadses |
Boston Universitetinin və Yeni yoluxucu Xəstəliklər Milli Laboratoriyasının alimləri koronavirusun ciyərlərə necə təsir etdiyini açıqlayıblar. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, mütəxəssislər insanın ağciyər hüceyrələrinə oxşar süni hüceyrələri böyüdərək sınaqdan keçiriblər. Məlum olub ki, koronavirus hüceyrələrə düşdükdən bir saat sonra toxumaları parçalayır. “Ən təəccüblü cəhət virusun molekulyar yolla təsir etməsidir. O, ağciyər hüceyrələrini tamamilə yenidən qurur", - tədqiqatın müəlliflərindən biri Endrü Emil bildirib. O, vurğulayıb ki, virus üç-altı saat sonra metabolik prosesləri dəyişdirir və nüvə membranlarını zədələyir. Вернуться назад |