Главная > Cəmiyyət > Nazir: "Şagirdin dərsdə əyani iştirak edib-etməməsi valideynin səlahiyyətindədir"
Nazir: "Şagirdin dərsdə əyani iştirak edib-etməməsi valideynin səlahiyyətindədir"30-01-2021, 15:25. Разместил: azadses |
“Yoluxma dinamikasından asılı olaraq biz çalışacağıq ki, qısa zaman ərzində fevralın 15-nə qədər məktəblərdə ənənəvi təhsilə qismən də olsa qayıdaq”. "Azad Səs" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bir qisim valideynlər var ki, bu cür açılışın əleyhinədir: “Əsasən, düşünürük və görürük ki, valideynlər məktəblərin açılmasına daha çox müsbət reaksiya verirlər. Təbii ki, dərslərdə şagirdin əyani iştirak edib-etməməsi valideynlərin səlahiyyətindədir”. Вернуться назад |