Главная > Cəmiyyət > Ziya Məmmədovun qardaşı danışdı: “Qara gözümə, qara qaşıma vurulmayıblar ki, vəzifə verirlər”
Ziya Məmmədovun qardaşı danışdı: “Qara gözümə, qara qaşıma vurulmayıblar ki, vəzifə verirlər”30-01-2021, 15:13. Разместил: azadses |
"Mən öz vəzifəmdə, öz yerimdəyəm. Belə bir təyinat yoxdur". Bunu AMEA İşlər İidarəsinin müdiri Elton Məmmədov bir neçə gün öncə qurumun Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. O bu dövlətə "ən sədaqətlə” xidmət edən şəxslərdən biri olduğunu bildirib: "Təyinat AMEA-ın Rəyasət Heyətinin qərarı ilə verilir. Rəyasət Heyəti qərar verməmiş onu necə geri oxuyar? Heç bu məsələ gündəliyə də çıxarılmayıb. Mən ömür boyu bu dövlətə, bu siyasətə sədaqətlə xidmət etmişəm və ömrümün sonuna kimi də belə olacaq. Maraqlıdır ki, mətbuat Elton Məmmədovun vəzifəyə getməsi ilə bağlı məlumat yayır, amma Ziya Məmmədovun şəkilin qoyurlar. Lap yaxşı. Ziya Məmmədovun qardaşı kimdir? Bu dövlətə ən sədaqətlə xidmət edən, potensialı olan insanlar. Mənim qara gözümə, qara qaşıma vurulmayıblar ki, vəzifə verirlər. Yəqin ki, bu sədaqətli xidmətimdə, idarəçilikdə, təcrübəmdə, təhsildə mövqeyimi möhkəmləndirmişəm ki, irəli gedirəm". Qeyd edək ki, bir necə gün öncə mətbuatda AMEA-ın İşlər İdarəsinin müdiri Elton Məmmədovun AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı məlumat yayılıb. AMEA isə bunun əsassız olduğunu açıqlayıb. Qaynarinfo Вернуться назад |