Главная > Cəmiyyət > Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı - QƏRAR

Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı - QƏRAR


30-01-2021, 14:59. Разместил: azadses
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Baş nazir bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti martın 31-dək uzadılıb. Əvvəl bu müddət yanvarın 1-dək müəyyən edilmişdi.

Вернуться назад