Главная > Cəmiyyət > Gələn ilin dövlət büdcəsinin layihəsi BU TARİXƏDƏK hazır olacaq

Gələn ilin dövlət büdcəsinin layihəsi BU TARİXƏDƏK hazır olacaq


30-01-2021, 14:15. Разместил: azadses
2022-ci ilin dövlət və icmal büdcəsinin layihəsinin hazırlanacağı vaxt məlum olub.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə” imzaladığı sərəncamda bildirilib.

“Büdcə sistemi haqqında” qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq, Maliyyə Nazirliyi ölkənin növbəti il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrini əhatə edən OMXÇ sənədinin layihəsini, növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansının layihəsini 2021-ci il sentyabrın 15-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Вернуться назад