Главная > Cəmiyyət > Kafe və restoranlar açılır: Nələrə diqqət olunmalıdır? - HƏKİM MƏSLƏHƏTİ
Kafe və restoranlar açılır: Nələrə diqqət olunmalıdır? - HƏKİM MƏSLƏHƏTİ30-01-2021, 13:27. Разместил: azadses |
Fevralın 1-dən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri, habelə bu kimi digər məkanlarda müştərilərə saat 6-dan gecə saat 12-yədək yerində xidmətlərə icazə veriləcək. Bəs hazırki vəziyyətdə kafe və restoranlar hansı şərtlər altında fəaliyyət göstərməlidir? Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən həkim Ramin Cəlilov restoranların bir sıra qaydalara əməl etməsinin vacibliyini vurğulayıb: “Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Zallarda oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması şərtdir. Həmçinin, masalarda ümumi istifadədə olan duzqabı, istiotqabı, salfetqabı kimi əşyalar əvəzinə tək istifadəlik duz, istiot, salfet və digər məhsullar qoyulmalıdır. Hər bir masada əllərin mütəmadi dezinfeksiyası üçün vasitələr mütləq olmalıdır”. Вернуться назад |