Главная > Cəmiyyət > Bakı metrosunda koronavirusla bağlı "Qaynar xətt" yaradıldı

Bakı metrosunda koronavirusla bağlı "Qaynar xətt" yaradıldı


2-03-2020, 17:39. Разместил: azadses
Fevralın 21-dən "Bakı Metropoliteni" QSC-nin bütün obyektlərində və qatarlarda koronovirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər - dezinfeksiya işləri aparılmaqdadır. 
Azadsəs-in məlumatına görə, bu barədə qurumun açıqlamasında bildirilir. 
Məlumatda deyilir ki, müvafiq lisenziyası olan şirkətlə bağlanmış müqaviləyə uyğun olaraq, hazırlanan tədbirlər planına əsasən, "Bakı Metropoliteni"nin müvafiq struktur vahidi işçilərinin nəzarəti altında şirkət tərəfindən "Nərimanov" elektrik deposunda qatarların ətraflı dezinfeksiyası tam olaraq yerinə yetirilib və ikinci dövrə üzrə dezinfeksiya işlərinə başlanılıb və davamlı olaraq aparılacaq. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, dezinfeksiya işləri vaqon salonunun bütün hissələrini əhatə edir.


Вернуться назад