Главная > Cəmiyyət > Rəsul Quliyev: “Paşinyan xalqının gələcəyini fikirləşirsə...”

Rəsul Quliyev: “Paşinyan xalqının gələcəyini fikirləşirsə...”


30-01-2021, 09:21. Разместил: azadses
"Düşünürəm ki, Prezident Əliyevin təklif etdiyi 3+3 (Azərbaycan-Ermənistan-İran-Gürcüstan-Rusiya-Türkiyə) dövlətlərin iştirak edəcəyi formatda qurumun yaradılmasını maksimum tezləşdirmək lazımdır. Qafqazda sülhün bərqərar olmasının, iqtisadi inkişafın açarı bu formatda qurumun yaradılmasındadır".

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan sabiq spikeri Rəsul Quliyev deyib.

Sabiq spiker bildirib ki, Qafqazda heç bir ölkənin o cümlədən Rusiya Federasiyasının hegemon olmaq şansı yoxdur: “Bu qurumun yaradılması ilk növbədə Ermənistana lazımdır. Azərbaycanın öz eksport mallarının (neft, qaz və s.) başqa ölkələrə çıxarmaq imkanları məhdudiyyətsizdir. Həmçinin aqrar sektorun mallarını da faktiki harada istəsə, sata bilər. Gürcüstanın Qara dəniz vasitəsilə hər yerə çıxışı var, turizmin inkişafına mane olacaq heç bir məsələ yoxdur. Türkiyədən danışmağa isə, ümumiyyətlə, dəyməz. Çünki dünyanın bütün ölkələri ilə iqtisadi əlaqələr yaratmaq, alver etmək imkanı ilə yanaşı Türkiyə bankları sivil bank sisteminin içərisindədir və aparıcısıdır. Rusiya və İrana qərb ölkələri tərəfindən sanksiyalar qoyulub. Bu səbəbdən belə bir qurumun yaradılmasında maraqlı olmalıdırlar. Ermənistan faktiki olaraq dünyadan izolyasiya olunmuş bir ölkədir. Faktiki apardığı siyasət nəticəsində Rusiya və İrandan başqa heç bir ölkə ilə əlaqə yarada bilmək şansına malik deyil. Çünki sərhədi yoxdur. Bu bəhs edilən qurum yaradılarsa, Ermənistanın Türkiyənin üzərindən bütün qərb ölkələrinə çıxışı olacaq, enerji məhsullarının hamısını Azərbaycandan ala biləcək. Bir sözlə, iqtisadiyyatı inkişaf edəcək. Qafqaz regionunda Azərbaycanın rolu çox mühümdür, bunu qəbul etməmək mümkün deyil. Ermənistanda hakimiyyəti ələ keçirmək istəyən Köçəryan (Azərbaycanın əleyhinə işləyən ən yaramaz adam) tipli adamlar ölkə daxilində xaos yaratmaq istəyirlər. Ümid edirəm ki, bu yaramazları ermənilər bir daha qəbul etməzlər. Paşinyan xalqının gələcəyini fikirləşirsə, bu təklifdən iki əllə yapışmalıdır. Bu ölkələr işçi qrupları yaradıb təcili fəaliyyətə başlamalıdırlar. Düşünürəm ki, ilk iclası Gürcüstanda keçirmək düzgün olardı".

Вернуться назад