Главная > Cəmiyyət > Aprel ayında ictimai nəqiliyyatda gediş haqqı 40 qəpiyə qaldırılır?-AÇIQLAMA
Aprel ayında ictimai nəqiliyyatda gediş haqqı 40 qəpiyə qaldırılır?-AÇIQLAMA29-01-2021, 12:53. Разместил: azadses |
Azərbaycanda benzinin və dizelin qiyməti artırıldıqdan sonra ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bu gün səsləndirilən fikirlərdən biri də aprel ayından sonra Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının 10 qəpik artırılmasıdır. Azərbaycanda aprel ayında ictimai nəqliyyatda gediş haqqı 40 qəpik olacaq? Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, 2021-ci il ərzində ictimai nəqliyyatda gediş haqqının artırılması gözlənilmir: "Dövlət yanacağın qiymətini artırarkən bildirib ki, müəyyən subsidya mexanizmləri hazırlanacaq. Böyük ehtimalla bu mexanizmlərin hansı istiqamətdə aparılacağı ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Burda da əsas məqsəd, faktiki olaraq gediş haqqının artırılmasının müəyyən dövr ərzində qarşısının alınmasıdır. Çünki yanacağın qiymətinin artırılması təbii olaraq gediş haqqının qiymətinin artırılmasını şərtləndirir. Çünki burada qiyməti müəyyənləşdirən məhsul yanacaqdır. Xüsusilə də ictimai nəqiliyyatda dizeldən geniş istifadə olunur. Dizel də 33 faiz bahalaşıbdır". Rəşad Həsənov vurğulayıb ki, hər hansı bir addımlar atılmasa və ciddi tədbirlər görülməsə yaxın dövrlərdə qiymətin artırılması mümkün olacaq: "Mən düşünürəm ki, hökumət qeyd etdiyi tədbirlər planını hazırlayıb, tətbiq edəcəkdir. Eyni zamanda zərərin bir qismi kompensasiya ediləcək. Amma buna baxmayaraq dövlət sərnişin daşınmalarda qiymətlərə hansısa formada nəzarəti aartıracaq. Özəl sektorda da hansısa yollarla qiymətlərin alınmasının qarşısı alınacaqdır. Pandemiyanın bitməsi və əhalinin alıcılıq gücünün müəyyən qədər artması gözləniləcəkdir. Yəqin ondan sonra bu istiqamətdə müəyyən qədər artımlar müşahidə olunacaq". Вернуться назад |