Главная > Cəmiyyət > Tələbələrin bir ixtisasdan digərinə köçürülmə qaydası AÇIQLANIB

Tələbələrin bir ixtisasdan digərinə köçürülmə qaydası AÇIQLANIB


29-01-2021, 10:41. Разместил: azadses
Təhsil Nazirliyi Azərbaycanın ali məktəblərində tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) qaydasını açıqlayıb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. 

Bildirilib ki, mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Qeyd edək ki, fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Вернуться назад