Главная > Cəmiyyət > “Bəsdirin də... Rəmişi neçə dəfə öldürüb-diriltmək olar?!” - Aqil Abbas mətbuata HİRSLƏNDİ

“Bəsdirin də... Rəmişi neçə dəfə öldürüb-diriltmək olar?!” - Aqil Abbas mətbuata HİRSLƏNDİ


28-01-2021, 17:07. Разместил: azadses
“Dövlət əhəmiyyətli xəbərlərin yalan şəkildə yayılmasının qarşısını almaq üçün həmin şəxslərə ciddi cəza tətbiq olunmalıdır”.

Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Aqil Abbas sosial şəbəkələrdə dezinformasiya yayan şəxslər haqqında danışarkən deyib.

Onun sözlərinə görə, yalan məlumatları yayan şəxslərin araşdırılması üçün təşkilat və ya idarə yaradılmalıdır:

“Sosial şəbəkələrdə yalan xəbər yayan insanların çoxluğu baş alıb gedir. Yalan məlumat yayan şəxsləri hüquq-mühafizə orqanları araşdırmalıdır. Qeyd etmək lazımdır ki, kiminsə kimisə sevməsi və ya boşanması haqqında verilən yalan xəbərlər o qədərdə ciddi deyil. Amma, dövlət əhəmiyyətli, Qarabağ müharibəsi, dövlət məmuru və ictimai hadisələrlə bağlı yalan məlumatlar yayan şəxsləri araşdırıb, məsuliyyətə cəlb etməli və cəzalandırmalıdırlar. Belə halların qarşısının alınması üçün bu işlə məşğul olan idarə və yaxud təşkilat yaradılmalıdır.
Bildirmək istəyirəm ki, fake xəbərlər və internetdən istifadə ilə bağlı Milli Məclisdə də məsələ qaldırılacaq. Amma, hələ ki ortalıqda heç nə yoxdur”.

Deputat “Rəmiş” adı ilə tanınan Xalq artisti, məşhur gitaraçı Rafiq Hüseynov barəsində  yalan xəbərlər  dərc edənlər haqqında da danışdı:

“Rəmişin 76 yaşı var, mənim də yaxın dostumdu. Böyük bir sənətkar olduğu üçün hamının marağındadır. Hər gün neçə dəfə yalan xəbər yazaraq, onu öldürüb-dirildirlər. Həmin yalan xəbərləri yayan insanlara demək istəyirəm ki, bəsdirin, əl çəkin ondan. Hazırda vəziyyəti normaldır. Yoldaşı da Xalq artistinə çox yaxşı baxır”.

Вернуться назад