Главная > Cəmiyyət / Manset > Traktorçunun minaya düşməsilə bağlı RƏSMİ AÇIQLAMA

Traktorçunun minaya düşməsilə bağlı RƏSMİ AÇIQLAMA


28-01-2021, 16:29. Разместил: azadses
Baş Prokurorluq Tərtər rayonunda traktorçunun minaya düşməsilə bağlı açıqlama yayıb.
"28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla torpaq şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır".

Вернуться назад