Главная > Cəmiyyət > Son 3 günün intiharlarını birləşdirən SƏBƏB AÇIQLANDI
Son 3 günün intiharlarını birləşdirən SƏBƏB AÇIQLANDI28-01-2021, 13:17. Разместил: azadses |
Azərbaycanda növbəti intihar hadisəsi baş verib. Belə ki, bu gün Abşeron rayonu, Xırdalan şəhərində daha bir intihar hadisəsi qeydə alınıb.Qeyd edək ki, bu 3 gündə baş verən 4-cü intihar hadisəsidir. 3 gün ərzində baş verən 4 intihar hadisəsini bir-biri ilə hansı səbəb bağlayır? Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, intihar hadisələr 20 əsirin sonu 21 əsirin əvvəlində bəşəriyyəti narahat edən problem kimi dəyərləndirilir: "Bunun da bir çox səbəbləri var. Stress, genetik, sosial və psixoloji faktorlar. Əvvəlki bununla bağlı təsnifatlarda qeyd edilirdi ki, intihar edənlər daha çox tənha, uzun müddət xəstəlikdən, zərərli vərdişlərdən əziyyət çəkən və psixoloji problemləri olan insanlar idi. Bugünkü intiharlardan isə fərqli mənzərələr ortaya çıxır. Səhhətində problemi olmayan, tənhalıqdan və ya psixoloji problemlərdən əziyyət çəkməyən insanlar da intihar edir. Bunu da stress, depressiya və fərdi psixolloji narahatlıqla əlaqələndirirlər. Eyni zamanda biz ailədaxili və şəxslər arası problemləri də bura daxil edə bilərik". Psixoloq qeyd edib ki, dünyada intihar hadisələri artan dinamika ilə davam edir: "Pandemiya zamanı qeyd etmişdik ki, intihar hadisələri və ailə daxili konfliktlər arta bilər. Son günlər baş verən intihar hadisələri ilk olaraq Nərmanov rayonunda başladı. Nərimanovda baş verən intihar hadisəsi çəkilib mətbuatda və sosial şəbəkədə paylaşıldı, həmçinin manşet xəbər edildi. Mütəxəssislər də qeyd edib ki, intihar hadisəsi geniş yayılanda bu cür hallar azalmır, əksinə artır. Bir həftə və ya 10 gün bu cür intihar hadisələri təkrarlanır. Əgər intihar hansı formada baş veribsə və manşet olubsa, o üslubda da bu hadisələr artır. Son günlər baş verən intiharlar yüksək mərtəbəli binadan özünü artmaqla həyata keçirilib. Əgər başqa formada intihar hadisəsi baş versəydi və bu cür manşet xəbər olsaydı, əmin olun o formada da intiharlar davam edəcəkdi. Bu cür hadisələr işıqlandıqca artır. Problem qabardıldıqca azalmır, əksinə çoxalmağa başlayır. Bu proseslərdə də səbəblər müxtəlif ola bilər. Detallı səbəbi yalnız hüquq mühafizə orqanları müəyyən edə bilər. Heç kim kefindən intihar etmir. İntihar edən şəxs sabahını və gələcəyini görmür. Ümidsiz olur. Belə olanda da manşet xəbəri kimi intiharı görərsə düşünür ki, mən də edə bilərəm. Onlara zamanında dəstək olmaq lazımdır. İlk olaraq ailə bu məsələdə ailə dəstəyini əsirgəməməlidir. Bu məsələyə biganə qalmaq olmaz. Daha sonra mütəxəssisə müraciət etmək lazımdır. Düşünürəm ki, bu istiqamətdə psixoloji maarifləndirmə və proflaktika işləri fasiləsiz davam etməlidir". Вернуться назад |