Главная > Cəmiyyət > "WhatsApp"dan istifadə edənlərə XƏBƏRDARLIQ - İndi də...

"WhatsApp"dan istifadə edənlərə XƏBƏRDARLIQ - İndi də...


28-01-2021, 08:22. Разместил: azadses
Son ayda milyonlarla istifadəçini itirən "WhatsApp" messenceri vasitəsilə yeni virus yayılır.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Siberay" xəbərdarlıq edib.

Mobil telefonun Android əməliyyat sistemi üçün zərərli olan virus özünü “Huawei Mobile” aplikasiyası kimi təqdim edir.

Virus link şəklində istifadəçilərə göndərilir. Linkə basdıqda “Google Play Store”a bənzər sayt açılır və zərərli proqram telefona yüklənməyə başlayır.

Qeyd olunur ki, bu virusdan daha çox reklam və yalançı abunə üçün istifadə edilir.


Вернуться назад