Главная > Cəmiyyət > Elman Nəsirov: Bu, yolverilməzdir! - ŞƏHİD AİLƏLƏRİNİN ETİRAZI

Elman Nəsirov: Bu, yolverilməzdir! - ŞƏHİD AİLƏLƏRİNİN ETİRAZI


27-01-2021, 15:07. Разместил: azadses
“17 şəhid ailəsinin etirazını mən də eşitmişəm. Şəhidlərimizin dəfn olunduğu ərazinin su basma təhlükəsi ilə bağlı məlumatlar yayılıb. Ailələrinin etirazlarından da xəbərdaram”.

Bu sözləri Redaktor.az-a millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, ölkə başçısının  bir neçə gün öncə imzaladığı fərmanda da şəhid ailələrinə evlərin verilməsi, onlara sosial  qayğının artırılması məsələsi öz əksini tapıb:

“Şəhidlərimiz vətən yolunda canlarını fəda ediblər. Onlara Prezident İlham Əliyevin şəhid ailələrinə yüksək səviyyədə göstərdiyi qayğı da hər kəsə məlumdur.

Hesab edirəm ki, bu məsələ ciddi araşdırılmalıdır. Ardınca müvafiq qurumlar ictimaiyyətə açıqlama verməlidir. Fikrimcə, burda anlaşılmazlıq var. Çünki şəhid ailələrinə yüksək səviyyədə diqqətin göstərildiyi bir zamanda həmin hadisə dövlətin onlara olan qayğısına kölgə salır.

Bu, yolverilməzdir! Ona görə məsələ araşdırılıb, müsbət həllini tapmalıdır”.

Вернуться назад