Главная > Cəmiyyət > Azərbaycanda virus mutasiyaya uğrasa, peyvənd təsirini itirə bilər? - AÇIQLAMA

Azərbaycanda virus mutasiyaya uğrasa, peyvənd təsirini itirə bilər? - AÇIQLAMA


27-01-2021, 14:48. Разместил: azadses
Koronavirusun mutasiyaya uğraması nəticəsində vəziyyətin necə olacağı hər kəsi düşündürən sualdır. Dünya alimləri iddia edir ki, mutasiyanın pis nəticələri özünü göstərə, peyvənd təsirini itirə, hətta ölüm halları çoxala bilər.

Azərbaycanda artıq neçə müddətdir ki, dövr edən koronavirus pandemiyasına qarşı peyvəndlənmə başlayıb. Digər dünya ölkələrindəki kimi, bizdə də virus mutasiyaya uğrasa, peyvənd təsirini itirə bilərmi?

Bununla bağlı Sonxeber.az-a pediatr Aytən İsmayılzadə danışıb:

"Virus mutasiyaya uğrayandan sonra vəziyyətin necə olacağını deyə bilmərik, çünki peyvənd təsir etməyə bilər. "Sinovac" peyvəndinin təsiri haqqında bir söz demək hələ ki, tezdir, onu zaman göstərəcək. Mutasiya Azərbaycanda ola da bilər, olmaya da bilər. Heç nəyi əvvəlcədən proqnoz etmək olmaz. Nə isə olsa da, bunun qarşısını qabaqcadan ala bilmərik, bunu yaşayaraq görə bilərik. Canlı peyvəndlərin yan təsirləri çox olur deyə, hələlik ölü peyvəndlə kifayətlənməliyik".

Вернуться назад