Главная > Cəmiyyət > Sosial şəbəkələrə sərt nəzarətin tətbiqi müzakirə edilir
Sosial şəbəkələrə sərt nəzarətin tətbiqi müzakirə edilir27-01-2021, 08:20. Разместил: azadses |
“Biz böhrandan nəticələr çıxarmalıyıq və öyrənməliyik. Biz həyat tərzimizi dəyişməliyik, dəyər verdiyimiz işləri qoruyub saxlamaq üçün işlər görməliyik”. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Davos şəhərində Dünya İqtisadi Forumunda bildirib. Onun sözlərinə görə, təbiətimizi qorumalıyıq: “Əgər təcili olaraq təbiətimizi, ətraf mühiti qorumasaq daha bir pandemiya ilə üzləşəcəyik”. Ursula fon der Leyen həmçinin əlavə edib ki: "Biz rəqəmsal dünyanın qaranlıq tərəflərinə də toxunmalıyıq. Bu ilin yanvarın 6-da ABŞ Konqres Binasına hücum hər kəs kimi mənə də sarsıntı yaratdı. Biz demokratiyamızı daha da inkişaf etdirməliyik və qurumlarımızı dezinformasiyalardan və şiddətə təhrikdən qorumalıyıq. Avropa Komissiyası "Twitter" və "Facebook" kimi rəqəmsal şirkətlərə daha sərt nəzarət tətbiq edəcək yeni qanunlara sahibdir. Yeni qanunvericilik iki il ərzində qüvvəyə minə bilər, qanunla bu şirkətlərin qarşısında alqoritimlərini açılması tələbi qoyula bilər, bu isə həmin şirkətlərin biznes modellərini risk qarşısında qoyur. Onlayn platformaların iş modeli təkcə azad və ədalətli rəqabətə deyil, həm də demokratiyamıza təsir göstərir. Buna görə də biz böyük digital şirkətlərin hədsiz gücünü nəzarətdə saxlamağa ehtiyacımız var”. O, həmçinin yeni ABŞ rəhbərliyindən Avropa Birliyi ilə texnoloji tənzimləmə mövzusunda birgə əməkdaşlığa çağırıb. Xatırladaq ki, dünən Davos şəhərində Dünya İqtisadi Forumu onlayn formatda işə başlayıb. Forum yanvarın 25-dən 29-dək davam edəcək. Tədbir iştirakçıları koronavirus pandemiyası fonunda sahələrin transformasiyasını, texnologiyaların inkişafını, qlobal əməkdaşlığı və iqlim dəyişikliyini müzakirə edəcək. Вернуться назад |