Главная > Cəmiyyət > Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ


26-01-2021, 16:08. Разместил: azadses
2020-ci il ərzində “Güzəştli mənzil” sistemi vasitəsilə 898, dövlət sifarişi əsasında isə 987 olmaqla, ümumilikdə 1885 mənzil vətəndaşlara təqdim edilib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) verilən məlumata görə, bunu Agentliyin 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclasında çıxış edərkən qurumun İdarə Heyətinin sədri Sadiq Sadıqov deyib.
 
Onun sözlərinə görə, MİDA tərəfindən 2020-ci ildə müvafiq qurumların müraciətlərinə əsasən Hövsan Yaşayış Kompleksində 742 mənzil, Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 66 mənzil, Gəncə Yaşayış Kompleksində isə 153 mənzil olmaqla, ümumilikdə 961 mənzil hesabat ilində dövlət sifarişi əsasında ayrılmışdır.
 
“2019-cu ildə ayrılan 436 mənzili də nəzərə alsaq ümumilikdə Agentliyin layihələrindən 1397 mənzil dövlət sifarişi əsasında ayrılmışdır. Həmin mənzillərdən 987-nin rəsmiləşdirilməsi 2020-ci il ərzində tamamlanmışdır”, - deyə S. Sadıqov qeyd edib.

Вернуться назад