Главная > Cəmiyyət > Peyvənd olunmuş şəxslərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - Əlvida, KORONAVİRUS!
Peyvənd olunmuş şəxslərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - Əlvida, KORONAVİRUS!26-01-2021, 14:09. Разместил: azadses |
Makkabi Səhiyyə Xidməti COVID-19 peyvəndinin ikinci dozasını vurduran insanların virusa yenidən yoluxma ehtimalı ilə bağlı araşdırma aparıb. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat İsrail mediasında yer alıb. Araşdırma nəticəsində məlum olub ki, "Pfizer" və "BioNTech" peyvəndlərinin ikinci dozası vurulan 128 min 600 insanın yalnız 0,015%-i virusa yenidən yoluxub. Araşdırmanı aparan mütəxəssislərdən biri olan Anat Ekka Zohar açıqlamasında virus aşkarlanan 20 nəfərdən heç birinin hərarətinin 38.5 dərəcədən yüksək olmadığını bildirib. Bu isə o deməkdir ki, həmin şəxslərin koronavirusu ağır keçirmək ehtimalı minimuma bərabərdir. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirus peyvəndinin ilk dozası 2 milyon 637 min 279 nəfərə, ikinci dozası isə 1 milyon 189 min 813 nəfərə vurulub. Вернуться назад |