Главная > Cəmiyyət > Evlərin qiyməti artacaq - Ekspert DETALLARI AÇDI

Evlərin qiyməti artacaq - Ekspert DETALLARI AÇDI


26-01-2021, 08:37. Разместил: azadses
Karantin rejiminin yumşalması, eyni zamanda mövsümi faktorlar təbii ki, daşınmaz əmlak bazarına müsbət təsir göstərəcək.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, amma daşınmaz əmlak bazarında dinamikanın dəyişməsi üçün müəyyən müddət lazımdır: "Bu, qısamüddətli bir proses deyil. Bu baxımdan, hesab edirəm ki, daşınmaz əmlak bazarında dəyişikliklər olacaq, amma bunun üçün bir müddət gözləmək lazımdır.
Bütün hallarda hesab edirəm ki, təqribən fevral ayının ortalarından etibarən daşınmaz əmlak bazarındakı proseslər əsasən müsbət dinamika ilə müşahidə olunacaq. Yəni alqı-satqı əməliyyatları artacaq, bazara müraciətlər, fəallıq artacaq. Təbii ki, qiymət də arta bilər, xüsusən yeni tikililər, amma hesab etmirəm ki, belə əhəmiyyətli dərəcədə arta bilər. Yəni burada nisbi qiymət dəyişməsindən söhbət gedir.

Eyni zamanda, ipoteka kreditlərinin verilməsində canlanma müşahidə olunmaqdadır. Bu amillər hamısı təbii ki, bazara müsbət təsir göstərəcək".

Вернуться назад