Главная > Cəmiyyət > TƏBİB-dən xalq artistinə CAVAB: BU MƏSƏLƏYƏ BİZ BAXMIRIQ

TƏBİB-dən xalq artistinə CAVAB: BU MƏSƏLƏYƏ BİZ BAXMIRIQ


25-01-2021, 16:32. Разместил: azadses
Xalq artisti Tünzalə Ağayeva bir neçə gün əvvəl sosial şəbəkə hesabından TƏBİB-ə müraciət edərək, karantin rejimi ilə əlaqədar tətbiq olunan qadağalardan şikayət etmişdi.

O, Azərbaycan musiqiçilərinin aylardır işsiz qaldığını, bu səbəbdən də maddi sıxıntılar çəkdiyini bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış karantin rejimində tətbiq olunan qadağaların TƏBİB-in müəyyənləşdirmədiyini bildirib:

“Karantin rejiminin qaydalarını birmənalı şəkildə TƏBİB müəyyənləşdirmir. Bu istiqamətdə qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah tətbiq edir”, - deyə E.Baxış bildirib.


Вернуться назад