Главная > Cəmiyyət > Azərbaycanda hamıya vaksin vurulacaq - MƏCBURİ?
Azərbaycanda hamıya vaksin vurulacaq - MƏCBURİ?25-01-2021, 11:36. Разместил: azadses |
"İnsanların vaksinasiyada iştirakı virusun yayılmasının qarşısını almağa yardımcı olacaq. Bildiyimiz kimi, hazırda karantin dövrüdü və bir sıra gündəlik vərdişlərimizə qarşı məhdudiyyətlər var. Yenidən normal həyatımıza qayıtmağımız üçün vaksinasiya prosesi vacibdir. Düzdür, vaxtilə səhiyyəmizdə olan çatışmazlıqlar insanlarda inamsızlıq yaradıb. Çalışırıq ki, insanların vaksin barədə neqativ fikirlərini qıraq". ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev deyib. O bildirib ki, hazırda 4 milyon doza vaksinin alınması nəzərdə tutulub: "Bildiyimiz kimi, bir insana vaksin iki dəfə tətbiq olunduğu üçün 4 milyon doza 2 milyon insan üçün istifadə olunacaq. Lakin sonrakı dönəmlərdə yenidən vaksinlər alına bilər. Bu proses də mərhələli şəkildə həyata keçirilir. Məsələ təkcə vaksinin sayında deyil. Vaksinlərin vurulması fiziki iş, güc tələb edir. Milyonlarla vaksini alıb saxlamaq da düzgün deyil. Çünki bir anda bir neçə milyon insanı vaksinasiya etmək mümkün olmayacaq. Əvvəldən də bildirdiyimiz kimi, vaksinlərin vurulması mərhələli şəkildə həyata keçirilir. Hazırda həkimlər və yaşı 65-dən yuxarı olan insanlar vaksinasiya prosesində iştirak edirlər. Bundan sonra isə digər kateqoriyaya daxil olan şəxslər vaksinasiya olunacaq". Вернуться назад |