Главная > Cəmiyyət > Fəhlə bazarındakı qadınların tələbi - 600-1000 manat maaş
Fəhlə bazarındakı qadınların tələbi - 600-1000 manat maaş27-02-2020, 12:04. Разместил: azadses |
Nazirlik rəsmisi Maştağada işçi xidmətləri təklif edən qadınlarla görüşüb Bakının Maştağa qəsəbəsindəki ərazidə gündəlik qazanc müqabilində işçi xidmətləri təklif edən qadınların hər biri ilə daimi işlərlə təmin edilmələrinə köməklik üçün söhbət aparıldı.Bu barıədə məlumat Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin mətbuat xidmətində verilib. Xidmətin rəhbəri Fazil Talıbovun sözlərinə görə, onlara istər ödənişli ictimai işlər proqramı əsasında, istərsə müxtəlif müəssisələrdə vakant iş yerlərində göndəriş əsasında işləmək təklif olunub. "Bildirildi ki, çalışacaqları iş yerlərində əmək haqları, digər ailə gəlirləri ailə ehtiyaclarına yetərli olmayacağı təqdirdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət də edə bilərlər. Müxtəlif KİV-lərə müsahibələrində daimi iş tapmaqda çətinlik çəkdikləri üçün məcbur qalıb günəmuzd işlərə getdiklərini, bu işlərlə çox az qazanc əldə etdiklərini, hətta bəzi günlər heç bir gəlirləri olmadığını bildirsələr də, xanımlar bizə yalnız aylıq 600-1000 manat maaş müqabilində işləyə biləcəkləri şərtini ifadə etdilər". Nazirlik rəsmisinin sözlərinə görə, hazırda onların münasib işlərlə təmin edilmələri, bir qisminin yaşadıqları ərazi üzrə özünüməşğulluq proqramına cəlb olunmaları üçün işlər davam etdirilir. Xatırladaq ki, bir neçə gün öncə ölkə mətbuatında adıçəkilən qəsəbədə iş axtaran qadınların toplaşdığı fəhlə bazarından material dərc edilmişdi. Bazarda işləyənlərin dediklərinə görə, bura hər gün 20-30 nəfər qadın gəlir. Hətta bu rəqəmin 40-50 olan zamanları da olur. Bəzən günə 3 manat qazanana da olur, 5 manat qazanan da. 20-25 manat qazanc əldə edib evinə qayıdanlar da. Вернуться назад |